GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...

Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...

Tarix: 31-10-2019, 14:47 Bölmə :Cəmiyyət Baxış: 1 228
Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...


Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ictimaiyyətdə böyük rezonans doğurub. İctimaiyyəti hiddətləndirən ən önəmli məqam isə universitet rəhbərliyinin Y.Primakovla bağlı bu müsabiqəni sevgi və təmtəraqla qarşılamasıdır.

Ölkənin bir çox tanınmış şəxsləri, ictimai xadim və ziyalıları Yevgeni Primakovla bağlı tədbirin Azərbaycanda “şad xəbər” kimi qarşılanmasını birmənalı şəkildə qınayıblar.

Hətta Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, BSU-nun rektoru Nurlana Əliyeva vəzifəsindən dərhal azad edilməli və haqqında cinayət işi açlımalıdır.

Bu barədə Bakı Slavyan Universitetindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin qalib tələbələr (Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı) “əcnəbidirlər”:

“BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Rusiya səfirliyinin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Azərbaycanlı soyadı daşıyan bu tələbələrin əcnəbi olması iddiası bir tərəfə qalsın, əsas məqam əli xalqımızın qanına batmış bir şəxslə – Primakovla bağlı mərasimində BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev kimi həmin dövrü yaşamış müəllimlərin iştirak etməsidir.

BSU-nun açıqlamasında həmçinin o da qeyd edilir ki, Rusiya səfirliyi bu barədə universitetə rəsmi (!) məktub göndərib. Yəni BSU rektorunun Primakovla bağlı tədbirdən xəbəri olub.

Açıqlamada BSU-nun rektoru Nurlana Əliyevanın haqqında yayılan iddialar etiraz edildiyi qeyd edilib:

“Universitetin kollektivi həqiqəti əks etdirməyən belə yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir”.

20 Yanvar qırğını təkcə Azərbaycan xalqına yox, ölkəmizin müstəqilliyinə qarşı yönəlmiş akt idi və bu faciə zamanı 130-dan çox soydaşımız həyatını itirdi. Onlardan biri də 20 yaşlı şairimiz Ülvi Bünyadzadə idi. Yaşasaydı, bu il 50 illik yubileyini qeyd edəcəkdik. Maraqlıdır, BSU Ülvi Bünyadzadə ilə bağlı hansı tədbir keçirdi, onu necə yad etdi?

Slavyan Universiteti öz tələbələrini bu yarışmada iştirakına qol qoyması nə qədər məntiqlidir?

Universitet rəsmi açıqlamada Rusiya-Azərbaycan münasibətlərinin yaxınlığından bəhs edib:

“Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub”.

Əlbəttə, sevindiricidir ki, xüsusən son illər Rusiya ilə Azərbaycan arasında mehriban dostluq, qonşuluq münasibətləri ən pik həddə çatıb. Lakin heç bir dostluq və qonşuluq prinsipi bizə tarixi faciələrimizi gözardı etməyə əsas vermir.

Bu məntiqlə Xocalı qatili Zori Balayanla bağlı tədbir keçirilməsini də normal qarşılamalıyıq?

Ola bilsin, bu yarışmada iştirak edən tələbələr Y.Primakovu tanımır, onun hansı dəhşətli qırğına səbəb olduğunu bilmirlər (əslində, bu da onların yanlışıdır, bilməlidirlər). Axı BSU rektoru Nurlana Əliyeva Primakovu yaxşı tanıyır, onun xalqımızın qatili olduğunu çox gözəl bilir! Bəs niyə tariximizin qara və qanlı Yanvarının səbəbkarına həsr olunan müsabiqədə öz tələbələrinin iştirakına qarşı çıxmayıb?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BSU-da Slavyan yazısı və mədəniyyəti günü qeyd olunub

    BSU-da Slavyan yazısı və mədəniyyəti günü qeyd ...

    24-05-2018, 17:25

  • 
  • Beynəlxalq konfransın iştirakçıları BSU-da

    Beynəlxalq konfransın iştirakçıları BSU-da ...

    16-03-2018, 16:34

  • 
  • BSU-da istehsalat praktikasının yekunlarına həsr olunmuş konfrans keçirilib

    BSU-da istehsalat praktikasının yekunlarına həsr ...

    29-05-2018, 20:56

  • 
  • Gənc fəal Bayram Məmmədov Bakı Slavyan Universitetindən xaric edilib

    Gənc fəal Bayram Məmmədov Bakı Slavyan ...

    15-05-2019, 10:53

  • 
  • BSU-da Xocalı faciəsi yad edilib -FOTOLAR

    BSU-da Xocalı faciəsi yad edilib -FOTOLAR ...

    25-02-2019, 16:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu