Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicəsinin davam etdirilməsi üçün xüsusi aviareyslə İstanbula göndərilib. Bu barədə Turan-a onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Gundemxeber.Az bildirir ki, onun sözlərinə görə, O.Gülalıyev İstanbuldakı "Avrasiya" klinikasına yerləşdirilir.
Gülalıyevin müalicə xərclərini Heydər Əliyev Fondunun sədri, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond öz üzərinə götürüb.
Dünən Fondun dəvət etdiyi türk həkimlər beyinə qansızma keçirmiş xəstələrin müalicəsi üçün daha yaxşı şərait olduğu üçün xəstənin Türkiyəyə aparılmasını zəruri hesab ediblər.
Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra kəllə-beyin travması alıb.
Başının asfalta dəyməsi nəticəsində onun beyninə qan sızıb. Oktyabrın 30-da neyrocərrahi əməliyyat olunub. Amma o, hələ də komadadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?