Noyabrın 14-də “Tərtər işi” üzrə mühakimə edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib. Polis aksiya iştirakçılarını administrasiyanın qarşından uzaqlaşdırıb. Bundan sonra insanlar metronun “Ulduz” stansiyasının çıxışında toplaşıblar, burada etiraz aksiyası təşkil ediblər.
Aksiya iştirakçıları hazırda həbsdə olan müttəhimlərin bəraətverici əsaslarla azad edilməsini və istintaq zamanı ölənlərə şəhid statusu verilməsini tələb edib.
Hüquq müdafiəçisi: “Ağır işgəncələr, total həbslər və qətlə yetirilmə ilə müşayiət olunan hadisələr baş verir” 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbiçi və mülki şəxsin saxlanıldığını bildirib. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?