Bakı-Salyan yolunun Bibiheybət qəsəbəsi yaxınlığından keçən hissəsində baş verən sürüşmə ilə əlaqədar yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub.
Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. O qeyd edib ki, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcəklər.
V.Əsədov həmçinin qeyd edib ki, ərazidə yaşayan sakinlərin və neft şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənəcək: "Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?