"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru Habil Vəliyev azadlığa buraxılıb.
Gundemxeber.Az "Report"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb. H.Vəliyev saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?