Bu gün Binəqədidə "EuroHome” tikinti materialları bazarında baş verən yanğın zamanı polis əməkdaşları təhlükəsizlik tədbirlərini görüb. Bakı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da səhər saatlarında yanğın baş verən bazarın ərazisində olub.
Gundemxeber.Az xəbər verir ki, DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalov hadisə yerinə gəlib və hərəkətin tənzimlənməsinə şəxsən nəzarət edib.
General bildirib ki, yanğın yerinin qarşısından keçən Bakı-Sumqayıt yolunda hərəkətin tənzimlənməsi üçün şəxsi heyət cəlb olunub: “Nə mümkündür əlimizdən gələni edirik. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib, xoşagəlməz bir haldır. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib. Sürücülərdən xahişim odur ki, digər istiqamətdə hərəkət edən iştirakçılara mane olmasınlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?