Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərini boykot etmək barədə qərar qəbul edib.
DQMŞ-nin bəyanatında xatırladılır ki, bu qurumun təklif etdiyi və seçki komissiyalarında müxalifətin təmsil olunmasını, namizədlərin qeydiyyatı üçün süni əngəllərin aradan qaldırılmasını, təşviqat üçün bərabər imkanların yaradılmasını və s. nəzərdə tutan seçki islahatı qəbul edilməyib.
Ədalətli seçkilər üçün hətta minimum şərtlərə əməl olunmadan keçirilən seçkilər xalqın iradəsini əks etdirməyəcək, buna görə də DQMŞ onları boykot edəcək və belə seçkiləri legitim hesab etmir.
Öz növbəsində AXCP sədrinin müavini Seymur Hazi deyib ki, demokratik seçkilər üçün minimum şəraitin olmadığına görə DQMŞ “şou”da iştirak etməyəcək.
“İştirak etmək istəyənlərə uğurlar diləyirik. Bu məsələdə müxalif qüvvələr arasında hər hansı qarşıdurmanı qəbuledilməz hesab edirik”, - o vurğulayıb.
Xatırladaq ki, parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib. Müsavat", REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər.//turan.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?