Bizim başımız öz seçkilərimizə və bazar yanğınlarına qarışdığından Qarabağa yana bilmirik... Daşnaklar da müstəqil(!) Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin 2020-ci ildə keçirəcəyi qanunsuz “prezident” “seçkiləri”ndə iştirak edəcək namizədini elan edib.
Erməni saytlarının yaydığı məlumata görə, bəhs edilən namizəd Qarabağdakı “Daşnaksütyun” “partiya”sının rəhbəri, qondarma rejimin qanunsuz “qanunverici orqanı”nın deputatı David İşxanyandır. Xatırladaq ki, işğal altındakı torpaqlarımızda keçmiş “müdafiə naziri” Samvel Babayan, sabiq “təhlükəsizlik katibi” Vitali Balasanyan kimi “nüfuzlu” namizədlər olsa da, seçkilərdə əsas mübarizənin keçmiş “dövlət naziri” Araik Arutyunyan və hazırda “xarici işlər”ə baxan Masis Mailyan arasında gedəcəyi proqnozlaşdırılır...
P.S. Bizim başımız hələ öz Milli(!) Məclisimizə seçkilərə və bazar yanğınlarına qarışdığından “yan”ların yurdlarımızı yandırdığını da, Qarabağa yana bilmirik... //moderator.az
Sorğu
Yeni dizaynımız necədir?