GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sərhədsiz Reportyorlar: Son bir ildə 49 jurnalist öldürülüb, 389 jurnalist həbsdədir, 57 jurnalist girov götürülüb

Sərhədsiz Reportyorlar: Son bir ildə 49 jurnalist öldürülüb, 389 jurnalist həbsdədir, 57 jurnalist girov götürülüb

Tarix: 17-12-2019, 16:13 Bölmə :Cəmiyyət Baxış: 364
Sərhədsiz Reportyorlar: Son bir ildə 49 jurnalist öldürülüb, 389 jurnalist həbsdədir, 57 jurnalist girov götürülüb


Təşkilat llik hesabatını açıqlayıb

Sərhədsiz Reportyorlar təşkilatı (RSF) dekabrın 17-də illik hesabatını açıqlayıb.

Təşkilatın bu ilki hesabatına görə, dünya üzrə jurnalistlərin öldürülməsində sayca azalma olsa da, həbs olunanların sayı artıb.

Belə ki, bu il dünyada 49 jurnalist öldürülüb, 389 nəfər həbsdədir, 57 müxbir girov götürülüb.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalistikanın təhlükəli peşə olaraq qaldığını, ancaq bu il son 16 ildə ən az jurnalistin öldürüldüyünü bildirir.

49 jurnalistin ölümü 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Bu, ötən ildəkindən 44% azalma deməkdir. Son 20 ildə ilə ortalama 80 jurnalist qətlə yetirilirdi.

2019-cu ildə Suriya, Yəmən, Əfqanıstanda münaqişələri işıqlandıran jurnalistlər arasında ölüm halları iki dəfə azalıb, bu 3 ölkədə cəmi 17 jurnalist öldürülüb, ötən il bu rəqəm 34 idi.

Bu il qanunsuz həbs olunan jurnalistlərin sayı artıb. Ümumilikdə 389 jurnalist işi ilə əlaqədar həbsdədir və bu, ötən ildəkindən 12 faiz artıqdır. Bu jurnalistlərin təxminən yarısı Çində, Misirdə və Səudiyyə Ərəbistanında dəmir barmaqlıq arxasındadır.

“Dünyada qanunsuz həbs olunmuş jurnalistlərin üçdə biri uyğur azlığına təzyiqləri gücləndirən Çinin payına düşür”, RSF bildirir.

Qurum bildirir ki, Rusiya və Türkiyədə hökumət tənqidçilərinin zülmü iyirmi il ərzində görülməyən səviyyələrə çatıb. Azərbaycanda, Belarusda və Orta Asiyada isə hakimiyyət xəbər və məlumatlara nəzarətlərini artırmaqda davam edir.

Təşkilat bəzi ölkələrdə həbsdə olan jurnalistlərin səhhətinin aşırı narahatlıq yaratdığını qeyd edir.

Bu jurnalistlər sırasında Azərbaycanda araşdırmaçı jurnalist Əfqan Muxtarlının adı çəkilir. Onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyi, özünə və vəkilinə münasibətə etiraz olaraq sentyabrda aclıq aksiyası keçirdiyi vurğulanır.

“Səhhətindən dolayı aclıq aksiyasını uzun müddət davam etdirə bilmədi və hal-hazırda da normal tibbi xidmətə çıxışı yoxdur”, RSF bildirir.

Ədliyyə Nazirliyin Baş Tibb İdarəsi Əfqan Muxtarlının hər hansı ciddi xəstəlikdən əziyyət çəkmədiyini bildirir.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

O, məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzasına məhkum edilib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Sərhədsiz Reportyorlar" Merkeli Azərbaycanda jurnalistlərin həbsdən azad edilməsini tələb etməyə çağırır

    "Sərhədsiz Reportyorlar" Merkeli ...

    23-08-2018, 13:28

  • 
  • “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ölkələr sırasındadır” - CPJ

    “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ...

    13-12-2017, 21:28

  • 
  • Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti jurnalistin taleyinə görə məsuliyyət daşıyır

    Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti ...

    25-09-2019, 14:08

  • 
  • Beynəlxalq QHT-lər jurnalist Sevinc Osmanqızına qarşı kampaniyanı pisləyiblər Siyasət

    Beynəlxalq QHT-lər jurnalist Sevinc Osmanqızına ...

    30-04-2019, 01:25

  • 
  • Sərhədsiz Reportyorlar Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

    Sərhədsiz Reportyorlar Mustafa Hacıbəylinin ...

    22-02-2019, 18:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu