GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanda yaşayış sürətlə bahalaşır - yanvarın 1-dən isə...

Ermənistanda yaşayış sürətlə bahalaşır - yanvarın 1-dən isə...

Tarix: 24-12-2019, 12:11 Bölmə :Cəmiyyət Baxış: 259
Ermənistanda yaşayış sürətlə bahalaşır - yanvarın 1-dən isə...


Erməni nəşrindən bəd xəbər - təzə ildən 700 məhsulun qiyməti qalxacaq; ölkəyə sərmayə qoyuluşu ötən ilə nisbətən 5 dəfə azalıb; xalq hökumətdən tamaşa yox, çörək istəyir; Paşinyan üçün “daşları yığmaq zamanı” yaxınlaşır...

Ermənistanın baş naziri Nikol Paşinyan iki gün öncə ailəsi ilə birgə İrəvanın mərkəzində Yeni il yolkasını yandırıb. Şəkillərdən göründüyü kimi, bunu da xüsusi şövqlə etməyə çalışıb. Ancaq sifətindəki məmnunluğa rəğmən, acı gerçək belədir ki, hakimiyyətdə olduğu 1 il 7 ay ərzində o, erməni xalqının da bəxtini işıqlandıra bilməyib. Ermənilər hələ də Paşinyana qədərki ağır dolanışıq işində, yaşamaq uğrunda mübarizə aparırlar.

Bu arada işğalçı ölkədə gələn ildən bir sıra zəruri ərzaq məhsullarının bahalaşacağı anons edilib.

“2020-ci il yanvarın 1-dən ölkədə təxminən 700 adda məhsulun bahalaşacağı gözlənilir. Onların arasında elələri də var ki, əhali onsuz da hər gün onları almaq imkanında deyil”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Past” erməni nəşri yazıb.

“Ekspertlərə görə, bahalaşma əhalinin həyat səviyyəsinə ciddi təsir edəcək. Qiymət artımından kənd təsərrüfatı sahəsi də yayına bilməyəcək. Belə ki, yanvarın 1-dən kənd təsərrüfatı məhsulları üçün rusum, heyvanlar üçün yem, dənli bitkilər və onların toxumlarının qiyməti qalxacaq, gübrələr bahalaşacaq. Bütövlükdə bir sıra iqtisadçılara görə, yaxın aylarda Ermənistanda yaşam daha baha olacaq”, - deyə qəzet xəbərdarlıq edir.

*****

Nəşrin gözləntiləri və xəbərdarlığı əsaslıdır. Ən azı, ona görə ki, Ermənistan dotasiya ilə yaşayan, xaricə ciddi heç bir yerli məhsul ixrac edə bilməyən, blokada və müharibə şəraiti ucbatından iqtisadiyyatı acınacaqlı durumda olan və idxaldan tam asılı ölkədir. Rusiya qazından asılılıq isə özünü daha qabarıq göstərməkdədir.

Yeri gəlmişkən, “Qazprom”la imzalanmış müqavilənin müddəti bu ilin sonu üçün bitir. Rusiya tərəfinin qazın qiymətini qaldırmayacağına isə zəmanət yoxdur. Bununla bağlı İrəvan rəsmilərinin, məxsusən baş nazir Nikol Paşinyanın Rusiya tərəfi ilə apardığı müzakirələri indiyədək heç bir zəmanəti yoxdur.

Bu il Paşinyanın ölkəyə böyük xarici sərmayə yatırmaq cəhdləri də fiasko olub. Bu məqsədlə Avropaya, ABŞ-a, hətta uzaq Çinə səfərlər edən erməni baş nazir “əli ətəyindən uzun” geri qayıdıb. Nüfuzlu beynəlxalq maliyyə institutları da Ermənistanın “demokratik” rəhbərliyini məyus edib. Ona görə ki, heç kim, hətta xaricdəki zəngin ermənilər belə, Rusiyanın vassalı və hərbi qalası olan bir ölkəyə böyük vəsait yatırmaq istəmir.

Başqa sözlə, Paşinyanın facebookda paylaşdığı pafoslu statuslara rəğmən, onun iqtidarda olduğu ilyarımdan çox müddətdə Ermənistanın nə Rusiyadan asılılığı azalıb, nə də iqtisadi göstəriciləri yaxşılaşıb. Bunu hamıdan əvvəl erməni təhlilçiləri və siyasiləri deyir, erməni mediası yazır.

*****

“Ermənistanda 2019-cu ilin ilk yarısında investisiya qoyuluşu ötən ildəkinə nisbətən 5 dəfə azalıb. Belə çıxır ki, iqtidarın devrilməsindən sonra ölkəyə sərmayə dalğasının gələcəyi barədə tezis yanlış imiş”. “Yeni Müsavat” Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər Xristian-Demokrat Partiyasının sədri Xosrov Arutunyan tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət bunun səbəblərini araşdırmağa belə cəhd göstərmir. “İnqilab haqqında hansısa bəyanat investisiyanın gətirilməsi üçün kifayət deyil. Heç bir investor inqilabi qanunla yaşayan bir dövlətə pul qoymaz. Bu şüar xaricdə ümumiyyətlə, işləmir. Hətta erməni diasporu belə bunu nəzərə almır”, - deyə o qeyd edib.

Arutunyan Paşinyan iqtidarının Ermənistanın bəzi üstünlüklərindən yararlanmadığı qənaətindədir. “Ermənistan həm Avropa Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə maneəsiz əmtəə ixrac edən yeganə ölkədir. Lakin iqtidar bunu fürsətə çevirmir. Ölkədə ekspertizaların keçirilməsi üçün laboratoriyalar belə yoxdur”, - deyə o vurğulayıb.

Erməni siyasətçi həmçinin rəsmi rəqəmlərdə ziddiyyətlər göründüyünü vurğulayıb: “Məsələn, bizdə sənayedə 8%-lik, xidmət sahəsində 15%, tikintidə isə 4-5% inkişaf olduğu deyilir. Lakin bununla bərabər elektrik enerjisinin həcmi kiçilməyə doğru gedir, yük daşımalarının həcmi isə ümumiyyətlə, 2 dəfə azalıb. Qəribə deyilmi?”

Xosrov Arutunyan daima keçmiş iqtidarı iqtisadi durğunluqda və buna uyğun büdcə gətirməkdə ittiham edən Nikol Paşinyanın daha kiçik maliyyə planı ilə parlamentin qarşısına çıxdığını söyləyib. Onun söylədiyinə əsasən hökumətin nəzərdə tutduğu 4,9%-lik böyümə əvvəlki illərdən belə azdır...

*****

Əlbəttə, təəccüblü deyil. Çünki inqilabi vədlər vermək həmişə asan, onları qısa zamanda reallaşdırmaq isə çətindir. Ermənistan kimi daim Rusiyanın əlinə baxan ölkədə isə ümumiyyətlə, qeyri-mümkündür. Nəticə odour ki, Paşinyan bu il də öz vədləri ilə baş-başa qaldı. Xalq isə ondan çoxdan tamaşa yox, çörək istəyir. “Məxməri” baş nazir üçün “daşları yığmaq” zamanı yaxınlaşır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda başqa bir siyasi partlayış yarana bilər - GƏLİŞMƏ

    Ermənistanda başqa bir siyasi partlayış yarana ...

    7-03-2019, 16:17

  • 
  • İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər...

    İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk ...

    22-11-2019, 13:20

  • 
  • Gürcüstanda avtomobil qaz yanacağının bahalaşacağı gözlənilir

    Gürcüstanda avtomobil qaz yanacağının ...

    13-11-2017, 10:41

  • 
  • Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı, amma həmin tezisini yenə təkrarladı

    Nikol Paşinyan İlham Əliyevlə görüşəcəyini ...

    28-02-2019, 11:26

  • 
  • Ata Abdullayevin diplomatik pasportunun olması... – XİN

    Ata Abdullayevin diplomatik pasportunun olması... ...

    23-11-2019, 13:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu