''Bundan öncə dəfələrlə hüquq mühafizə orqanlarının qanunsuz sorğulamaları və hədələri ilə üzləşən, həmçinin sübut olunmayan əsaslarla 5 il 6 ay şərti həbs cəzası alan Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenidən təzyiqlərlə üz-üzədir.
Aydın görünür ki, müstəqil saytın fəaliyyəti hakimiyyət dairələrini narahat edir və müxtəlif basqılarla onun fəaliyyətini dayandırmaq istəyirlər. Hazırda baş redaktor Anar Məmmədov həbs təhlükəsi ilə üzləşib. Criminal.az saytında Məlahət MMC-nin rəhbəri, "Lombard N1”in sahibi Məlahət Qurbanova ilə sabiq sosial müdafiə naziri Fizuli Ələkbərov arasında olan məhkəmə davası haqda material dərc edilib. Həmin məqalədə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması və şəxsi peşəsinə uyğun olaraq ‘’Lombard Məlahət’’ kimi təqdim olunub. M.Qurbanova lombard ayamasını özü üçün təhqir və böhtan hesab edərək xüsusi ittiham qaydaşında məhkəməyə şikayət edib. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatlar yayıb. Saytın redaksiyasının yerləşdiyi və baş redaktorun qeydiyyatda olduğu paytaxt Bakıda məhkəmə bu iddianı icraata götürməsə də, Ağdam rayon Məhkəməsinin hakim Mahir Niftəliyev xüsusi ittihamı icraata qəbul edərək, Anar Məmmədovu təqsirləndirilən şəxs elan edib. Yanvarın 7-ə məhkəmə baxışı təyin olunub. Bir daha xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin martında A.Məmmədovu 5 il 6 ay şərti azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə ittiham edilib. Bundan sonra isə ölkə daxilində“Criminal.az” saytına girişə məhdudiyyət qoyulub. Onu da qeyd edək ki, Ağdam rayon Məhkəməsinin A.Məmmədov barəsində xüsusi ittihamla bağlı çıxaracağı bəraət hökmündən başqa istənilən qərarı A.Məmmədovun 5 il 6 ay şərti cəzasını həbslə əvəz edəcək. Biz vətəndaş cəmiyyəti olaraq bu məhkəmə işini A.Məmmədova qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk və müstəqil mediaya basqı sayır, müstəqil KİV-i təmsil edən A.Məmmədova qarşı təzyiqlərin dayandırılmasını tələb edirik.''
İmzalayanlar:
Şahvələd Çobanoğlu, jurnalist Samir Kazımlı, hüquq müdafiəçisi Nazim Bəydəmirli, iqtisadçı-alim Xədicə İsmayıl, araşdırmaçı-jurnalist Ərəstun Oruclu, politoloq Şəbnəm Karslı, yazar Rauf Mirqədirov, jurnalist Ələsgər Məmmədli, hüquqşünas İlham İsmayıl , təhlükəsizlik məsələləri üzrə ekspert Pərviz Həşimli, jurnalist Elçin Məmməd, hüquq müdafiəçisi Vasif Qurbanzadə, Qarabağ Hərəkatının başqanı Natiq Cavadlı, jurnalist Samir Vəliyev, təşkilatçı Elşən Balaxanski, jurnalist Cavad Cavadov, vəkil Şəmşad Ağa - jurnalist Samir Zeynalov, ictimai vəkil İbrahim Cəfərov, müəllim Rövşən Hacıbəyli, jurnalist Xalid Ağaliyev, media hüquqçusu Cavanşir Həsənli, jurnalist Şəhriyar Məhərrəmov, incəsənət adamı Nəzakət Zeynallı, FrauFam - Qadın və ailəlrin inteqrasiyası cəmiyyətinin sədri
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?