Bakıda 3 xarici ölkə vətəndaşı yanğın zamanı tüstüdən boğularaq ölüb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölüm hadisəsi gecə saatlarında Səbail rayonu ərazisindəki kirayədə yaşadıqları birotaqlı mənzildəki yanğın nəticəsində baş verib.
Hər üç qız yatmış vəziyyətdə tüstüdən boğulub. Onların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirlir.
Yerli medianın məlumatına görə, tələbələr Tarukki Amaya, Tausi Jayavodi və Malişi Tayuki Şri-Lanka vətəndaşlarıdır.
İlkin məlumata görə, yanğın elektrik naqilində qısa qapanma nəticəsində baş verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?