“RİA Novosti”nin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.
Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, İspaniya vətəndaşı olmasına baxmayaraq, Antonio Manuel Sançes Reqalado Rusiya mediasında işləyib. Jurnalist gündüz özünü pis hiss edib. O, təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər.
Axşam isə onun cəsədini qonşusu tapıb. Antonio heç bir məktub qoymayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?