GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır

SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır

Tarix: 17-01-2020, 14:18 Bölmə :Cəmiyyət Baxış: 452
SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır


Gürcüstanda və İranda virusdan ölənlərın var; Çinə gedən azərbaycanlılara da rəsmi xəbərdarlıq edildi; baş infeksionistdən açıqlama

Yeni ilin ilk günlərindən Gürcüstanda donuz qripi kimi tanınan A (H1N1) virusuna yoluxma halları qeydə alınıb. Məlumatlarda iki nəfərin bu virusdan öldüyü bildirilir.

İranda isə A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani məlumatı təsdiqləyib və deyib ki, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb. Bir sözlə, “donuz qripi” adlanan virus Azərbaycanla sərhəd olan üç ölkəni cənginə alıb.

Azərbaycan Turizm Bürosu isə ölkədəki turizm şirkətlərinə Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar xəbərdarlıq edib.

Xəbərdarlıqda Uxan şəhərinə səfər edən azərbaycanlı turistlərin diqqətli olması barədə təlimat verilib. İndiyədək bu virusa 41 nəfər yoluxub, iki nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi də Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar bu ölkəyə səfər edənlərə, o cümlədən ticarətlə məşğul olanlara xəbərdarlıq edib.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

Səhiyyə Nazirliyi Yeni ildə Azərbaycanda “donuz qripi”nə yoluxma hallarının qeydə alınmadığını açıqlayıb.

Yanvarın 15-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 nəfərin ölməsi xəbərləri də ölkədə “donuz qripi” virusunun olduğuna dair ehtimalları çoxaldıb.

Belə ki, Lerik rayon sakini 41 yaşlı Azad Qafarov, Binəqədi rayon sakini 35 yaşlı Rəşad Qəniyev ötən gün müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda ölüb.

İnstitutun direktoru Həqiqət Qədirova isə bildirib ki, hər iki şəxs ağır vəziyyətdə olub, amma onların “donuz qripi”nə yoluxmaları ilə bağlı yazılanlar doğru deyil.

Qədirova əlavə edib ki, ötən il H1N1 virusu ilə müalicə alanlar olub. Lakin bu il ərzində “donuz qripi” şübhəsi ilə müraciət daxil olmayıb.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə “Yeni Müsavat”a bildirdi ki, adi qripdə ölüm 4 faiz ola bilir. Onun sözlərinə görə, xəstə halda işə gedən, özünə baxmayan adamlarda xəstəlik ağırlaşır: “Əsasən körpəsi olanlar, hamilələr, yaşlı adamlar diqqətli olmalıdırlar. İnsanlar özlərini gözləməlidirlər. Epidemiya o vaxt olur ki, hər 100 min nəfərdən 4 min nəfər xəstələnsin. Əlbəttə ki, bu gün dörd yanımızda xəstələnən insanlar var.

Hətta bəziləri xəstə vəziyyətdə işə gəlirlər. Amma hamısına virusa yoluxduğunu demək olmaz. Hazırda respublikada təsdiqi olunmuş “donuz qripi” virusu yoxdur”.

C.İsayev qeyd etdi ki, Çində yayılan koronavirusdur və “donuz qripi” ilə əlaqəsi yoxdur. Baş infeksionistin sözlərinə görə, əgər qonşu ölkələrdə H1N1 virusu yayılıbsa, Azərbaycana da gələ bilər: “Sadəcə, hələlik ölkədə kəskin respirator infeksiya yayılıb. Hamımızın ətrafında, dost-tanışında, ailə üzvləri arasında qriplə xəstələnənlər var. Bu, insanları qorxudacaq dərəcədə epidemik xarakterli deyil. “Donuz qripi” yayılması ehtimal olunan virusdur, amma indiyədək respublikada yoluxan yoxdur. Xəstələnməyin bir səbəbi də orqanizmin immun sisteminin zəif olmasıdır. İmmun sistemi zəif olan insanlar qripi, başqa xəstəlikləri ağır keçirir. İmmun sistemimizi gücləndirmək üçün də qidalanmağımıza fikir verməliyik”.

Onu da qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “quş qripi” təhlükəsinə görə Polşadan diri quş və quş əti idxalını müvəqqəti dayandırıb.1“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb

    Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə ...

    11-01-2019, 14:36

  • 
  • Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub

    Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub ...

    7-01-2019, 13:41

  • 
  • ​Saakaşvilinin oğlu da "donuz qripi"nə yoluxdu

    ​Saakaşvilinin oğlu da "donuz qripi"nə ...

    15-01-2019, 19:27

  • 
  • Rusiyada 30 milyon insan donuz qripinə yoluxub - DƏHŞƏT

    Rusiyada 30 milyon insan donuz qripinə yoluxub - ...

    4-02-2016, 22:46

  • 
  • Türkiyədə 27 nəfər H1N1 ("donuz qripi") virusundan ölüb

    Türkiyədə 27 nəfər H1N1 ("donuz qripi") ...

    20-01-2016, 21:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (254)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu