Sayınqala (Şahindej) şəhəri sakini olan türk fəal Höccət İmami Urmiyə Ettelaat həbsxanasında 22 gün saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb. Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, yanvarın 8-də Qərbi Azərbaycan vilayətinin Sayınqala şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan müəllim Höccət İmami yanvarın 28-də məhkəmə icraatı tamamlana qədər 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Höccət İmaminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılma səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib. Təhlükəsizlik qüvvələrinə bağlı silahlı güclər Höccət İmaminin evinə hücum zamanı axtarış aparıb, fəallın ailəsini hədələyərək, onu həbs etmişdilər. Milli fəallın evində axtarış zamanı silahlı qüvvələr ona aid şəxsi əşyalar, o cümlədən kitablar, kompüter və telefonu götürüblər. O, bir gecə Sayınqalanın Ettelaat İdarəsində saxlanıldıqdan sonra Urmiyənin Ettellaat idarəsinin həbsxanasına köçürülmüşdü. Höccət İmami Urmiyə Ettelaatı həbsxanasına köçürüldükdən sonra həbs müddəti ərzində ailəsinə onun durumu ilə bağlı məlumat verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?