Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koronavirusdan sonra daha bir qorxunc epidemiya yayıldı – İnsanı kar edib, gözdən qan gətirən “Lassa Hərarəti” nədir?
Koronavirusdan sonra daha bir qorxunc epidemiya yayıldı – İnsanı kar edib, gözdən qan gətirən “Lassa Hərarəti” nədir?
2020-ci ilin epidemiyalar, xəstəliklər, zəlzələlər və müharibə ehtimalı ilə gəlməsi dünya əhalisində böyük panika yaratmağa başlayıb. Dünya Çinin Vuhan şəhərində başlayan koronavirus şokunu yaşayarkən, başqa bir qorxunc epidemiya da ortaya çıxıb.
Bir ayda 40-dan çox insan Nigeriyada başlayan yeni bir epidemiya ilə öldü.
Nigeriyada başlayan yeni epidemiya "Lassa hərarəti" nədir, əlamətlər nələrdir? Xüsusilə Afrika ölkələrində hər il minlərlə insan iqtisadi və sosial səbəblərə görə ölür. Ani xəstəliklər qitədəki qidalanma, gigiyena və su qaynaqları kimi səbəblərə görə sürətlə yayıla bilir. Çində koronavirus epidemiyasından sonra Nigeriyada başlayan “Lassa hərarəti” artıq onlarla insanın ölümünə səbəb olub. Kəskin viral xəstəlik olan “Lassa hərarəti” ilk dəfə Nigeriyanın Lassa bölgəsində aşkar olunub.
Hızla Yayılan Yeni Ölümcül Hastalık: Nijerya’da Ortaya Çıkan Lassa Ateşi Nedir?
Nigeriya hökuməti, heyvanlardan insanlara keçə bilən və ölümcül ola biləcək “Lassa hərarəti” epidemiyası səbəbiylə ölkədə "fövqəladə vəziyyət" elan edib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, ölkədə epidemiyanın hər gün artması səbəbindən "fövqəladə vəziyyət elan edilib" və epidemiya ilə mübarizədə yeni araşdırmalara başlanılıb.
Açıqlamada yanvarın əvvəlindən bəri ölkənin 19 əyalətində 258 nəfərin bu xəstəliyə yoluxduğu və 41 nəfərin öldüyü bildirilib.
"Lassa hərarəti", aktiv Arenaviridae ailəsinə mənsub bir tək telli RNT virusu Ebola virusu ilə eyni ailədəndir.
“Lassa hərarəti" simptomları bunlardır: mülayim hərarət, zəiflik, halsızlıq və baş ağrısı.
“Lassa hərarəti” simptomları virusla təmasdan 1-3 həftə sonra görünür. Virusa yoluxmuş xəstələrin təxminən 80 faizində simptomlar yüngül aşkar edilir. Simptomlar yoluxmuş insanların 20 faizində ciddi ola bilər.
Simptomlar ciddi olduqda diş ətlərində, gözlərdə və burunlarda qanaxma ola bilər və nəfəs almaqda çətinliklər yarana bilər. Ayrıca, ağır simptomları olan insanlarda tez-tez qusma, sinə və kürək ağrısı, qarın ağrısına da rast gəlinir.
İlkin simptomlar göründükdən sonra iki həftə ərzində daha çox orqan çatışmazlığı səbəbindən ölüm baş verə bilər. Xəstəxanaya yerləşdirilən xəstələrin təxminən 15-20 faizi ölür.
“Lassa hərarəti”nin ən çox görülən qalıcı fəsadı karlıqdır. “Lassa hərarəti”, heyvan tərəfindən yoluxan xəstəlikdir. Mastomis gəmiricilərində olur. Xəstəlik bu gəmiricilərin nəcisləri və sidikləri ilə yayılır. İnsanlara isə qida və tənəffüs yolu ilə yoluxur.
“Lassa hərarəti”nin simptomları çox olduğu üçün diaqnozu da çox çətindir. Ancaq erkən diaqnozda antiviral dərman olan “Ribavirin” adlı dərman ilə uğurlu nəticələr əldə edilir.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Qərbi Afrikada bu xəstəlikdən bir hollandiyalı həkim də ölmüşdü./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?