GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Magistraturaya qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb

Magistraturaya qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb

Tarix: 3-02-2020, 13:00 Bölmə :Cəmiyyət Baxış: 354
Magistraturaya qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.

DİM-dən verilən məlumata görə, imtahanın məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər DİM tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu DİM tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.

Ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.

İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik olan şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları “Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisaslaşmaları seçə bilərlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahan fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra DİM tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

“ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar mayın 5-dən 14-dək DİM-in internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, mayın 16-dan 18-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və mayın 19-dan 22-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid müvafiq qəbul proqramlarının ixtisaslaşmaları ilə yanaşı, nəzəri ixtisaslaşmaları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçmək istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək keçiriləcək ixtisaslaşma seçiminə buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçmək istəyən bakalavrlar isə mayın 5-dən 14-dək Mərkəzin internet saytında qeydiyyatdan keçməli, 27–28 may tarixində “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və mayın 29-dan 31-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün DİM tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

Qəbul və qabiliyyət imtahanlarında iştirak etmək üçün bakalavrın imtahana buraxılış vərəqəsi olmalıdır. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 17-dən 22-dək "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini və bakalavr ərizəsində göstərilən şəxsiyyəti təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər.

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra, iyunun 8-dən 18-dək aparılır.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qəbul imtahanında ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçməlidirlər.

Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə onların imtahandan topladıqları bal əsasında aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG); ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal; xarici dil üzrə testdən toplanılan bal. İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən yuxarıda göstərilən qaydada ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri DİM tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu təhsil müəssisəsinə (elmi təşkilata) təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində (elmi təşkilatda) qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılır. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Bakalavr qadağan edilmiş hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

    Magistraturaya qəbul imtahanının II mərhələsi ...

    1-06-2017, 11:30

  • 
  • Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi başlandı

    Magistraturaların boş qalan yerlərinə ixtisas ...

    8-08-2017, 12:15

  • 
  • DİM əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul elan edib

    DİM əvvəlki illərin məzunları üçün ali məktəblərə ...

    10-04-2019, 14:24

  • 
  • Miqrasiya orqanlarına qəbulla bağlı tеst imtаhаnının nəticələri açıqlandı

    Miqrasiya orqanlarına qəbulla bağlı tеst ...

    24-12-2018, 10:30

  • 
  • DİM iyulun 14-də II və III qruplar üzrə qəbul imtahanları keçirəcək

    DİM iyulun 14-də II və III qruplar üzrə qəbul ...

    8-07-2017, 12:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu