"Embavud" şirkətinin Tbilisi filialında özbaşınalıq baş alıb gedir"
Bunu saytımıza uzun illərdir sözügedən şirkətdə müxtəlif vəzifələrdə işləyən Qacar Hüseynov bildirib. Q.Hüseynovun sözlərinə görə, şirkətdə rəhbərlik dəyişəndən özbaşınalıq baş alıb gedir: "10 ildən artıqdır bu şirkətdə müxtəlif vəzifələrdə işləmişəm. Bu 10 il ərzində işimdə heç bir problem olmayıb. İşimdə hər zaman ciddi olmuşam. Keçmiş rəhbərlik hər zaman mənə güvənib, müxtəlif vəzifələrə təyin edib. 2015-ci ildən yumşaq mebel üzrə texnoloq vəzifəsində çalışıram. Bir neçə ay əvvəl bizim direktorlarımız dəyişildi. Yeni direktor və İstehsal rəisi təyin edildi". Q.Hüseynov bildirir ki, yeni rəhbərlik şirkətə özü ilə bərabər bir çox problemlər gətirdi: "Sex müdiri Elman Nəsibovu İstehsal rəisi, şikətin direktoru isə Sənan Ömərov təyin edildi. Elman Nəsibov vəzifəyən təyin edilən ilk gündən köhnə kollektivi sıxışdırmağa başladı. Hər fürsətdə işçiləri təhqir edir, nalayiq ifadələrlə alçaldırdı. Gəldiyi ilk günlərdə bir neçə məsul şəxsi vəzifədən, bəzilərini isə işdən azad etdi. E.Nəsibov qruplaşma yaratmağa başladı. Hər zamankı kimi yenə öz işimin başında idim. İstehsal rəisi E.Nəsibov məni görüb təhqir etməyə başladı. Mənə fiziki olaraq güc tədbiq etdi. Başımdan bir neçə zərbə endirdi. Şirkətin adına xələl gəlməsin deyə heç bir yerə müraciət etmədim. Vəziyyətimin ağır olduğunu görüb həkimə müraciət etdim. Səhəri gün yenidən şirkətə gəldim. Kadrlar şöbəsinin müdiri məni yanına çağırıb vəzifədən azad olunduğumu və bu gündən fəhlə işinə keçirildiyimi bildirdi. Və təbii ki, mən uzun illərdir müxtəlif vəzifələrdə çalışmış biri kimi fəhləlik işini qəbul edə bilməzdim. Hadisə barədə direktorumuz Sənan Ömərova özlərinə sərf edən məlumatı verdilər. S.Ömərovu çox mehriban, işçiyə layiqli qiymət verən adam kimi tanıyırdıq". Qacar Hüseynov sonda "Embavud" şirkətinin rəhbərliyinə müraciət edərək, ona qarşı edilmiş bu haqsızlığın aradan qaldırılmasını və məsələnin obyektiv həll edilməsini xahiş edib. Xatırladaq ki,“Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var. Hazırda "Embavud" şirkətinə rəhbərliyi Elşad Abbasov həyata keçirir. Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.//azpolitika
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?