2020-ci il fevralın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət hadisələri haqqında statistik məlumatlar açıqlandı.
Daxili İşlər Nazirliyinin mətbuat idmətinin əməkdaşı Natiq Cavadov tərəfindən GundemXeber.Az saytına verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?