Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü”dür.
Gundemxeber.az secki-2020.az saytına istinadla xəbər verir ki, həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni, “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.
Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?