GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İş adamı Sahib İbrahimova istənilən cəza narazılıq yaratdı - vergiyə borcunu da ödəməyib

İş adamı Sahib İbrahimova istənilən cəza narazılıq yaratdı - vergiyə borcunu da ödəməyib

Tarix: 6-02-2020, 11:25 Bölmə :Cəmiyyət Baxış: 375
İş adamı Sahib İbrahimova istənilən cəza narazılıq yaratdı - vergiyə borcunu da ödəməyib


İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Prokuror ona törətdiyi əməllərə görə cəza istəyib. Zərərçəkmişlər bu cəzanı ədalətsiz hesab edir.

Sahib Ibrahimovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Sonuncu iclasda prokuror çıxış edərək Sahib İbrahimova cəza istəyib.

Prokuror külli miqdarda dələduzluqda, təkrarən vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilən Sahib İbrahimova Cinayət Məcəlləsinin 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir) maddəsi tətbiq edilməklə 5 il 6 ay cəza istəyib.

Amma qeyd edilən maddələrlə Sahib İbrahimovu 15 ildən artıq azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Dövlət ittihamçısı Sahib Ibrahimovun həns edilməsini yox, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edilməsini istəyib.

İşin maraqlı tərəfi isə budur ki, Sahib Ağayev nə zərərçəkmişlərin pulunu, nə də dövlətə olan vergi borcunu ödəyib.

Belə ki, Sahib İbrahimovun 1 milyon 439 min manat vergi borcundan cəmi 37 min manatını ödəyib. Bundan başqa Sahib Ibrahimov qanunsuz sahibkarlıqla məşğul olmağa görə vurduğu 1 milyon 61 min manat ziyanı da ödəməyib.

Sahib İbrahimov həmçinin mənzil alarkən aldadılan zərərçəkmişlərin bir qisminin də pulunu ödəməyib.

Məhkəmə iclasında zərərçəkmiş Ehtibar Allahverdiyevin nümayəndəsi, vəkil Xəqani İmanov iştirak edib.

Vəkil prokurorun istədiyi cəzanın olduqca ədalətsiz olduğunu bildirib. Vəkil qeyd edib ki, nə dövlətə vurulan ziyan, nə də zərərçəkmişlərin pulu ödənilməyib: "Mən belə düşünürəm ki, bu Azərbaycan məhkəmə tarixində ən "ədalətli" cəza tələbidir. Biz təbii ki, bununla razılaşmırıq. Əgər məhkəmə də bu cür hökm çıxararsa, yuxarı instansiya məhkəmələrinə öz şikayətimizi təqdim edəcəyik".

X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Mülki iddia ödənilməyib. Vəkil mülki iddia ilə yanaşı 50 min manat dəyərində mənəvi zərərin də ödənilməsini tələb edib.

Müdafiəçi qeyd edib ki, mülki iddia mənzilin geri qaytarılması ilə də ödənilə bilər.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Sahib İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.

S.İbrahimov iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşı dindirildi - özünü günahkar bilmir

    Hacı İbrahimin dələduzluqda ittiham edilən ...

    5-12-2018, 12:42

  • 
  • Hacı İbrahimin qardaşı bu məhkəmədən də canını qurtarır - zərərçəkmişlərlə barışıb

    Hacı İbrahimin qardaşı bu məhkəmədən də canını ...

    9-01-2019, 13:22

  • 
  • Bacısını qətlə yetirən kişini həbsxanadan kim buraxıb?

    Bacısını qətlə yetirən kişini həbsxanadan kim ...

    23-08-2015, 11:26

  • 
  • Prokuror tanışının bağ evini və mənzilini ələ keçirən şəxsə cəza istəyib

    Prokuror tanışının bağ evini və mənzilini ələ ...

    18-07-2019, 13:29

  • 
  • Prokuror idarə rəisini intim videolarla şantaj etməkdə suçlanan şəxslərə ağır cəza istəyib

    Prokuror idarə rəisini intim videolarla şantaj ...

    3-12-2019, 16:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (305)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu