Türkiyədə sevgilisi azərbaycanlı qadının keçmiş sevgilisinə silah çəkərək yaralayıb.
Gundemxeber.az bildirir ki, hadisə İstanbulun Esenyurt rayonunda baş verib.
Azərbaycan əsilli Gülsura A. sevgilisi Caner K. və dostları İlə birlikdə kafeyə gedərkən orada keçmiş sevgilisi Sərdar A. ilə qarşılaşıb. Bu zaman Sərdar və Caner arasında mübahisə yaranıb. Kafedə başlayan dava küçədə davam edib. Caner dostunun tapançası və yumruqla Serdarı döyərək yaralayıb, daha sonra havaya atəş açıb. (Bu zaman tapançadan soyuq silah qismində istifadə edilib)
Silah səsi eşidən polis əməkdaşları hadisə yerinə gəliblər. Serdar A. xəstəxanaya çatdılıb, digər şəxslər isə saxlanılıblar. Saxlanılan zaman Canerin istifadə etdiyi silah Gülsura A.-nın alt paltarlndan tapılıb. Hər iki şəxs məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Hadisə küçənin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?