Sosial şəbəkələrdə Bakıda Mərkəzi Klinik Xəstəxanada koronavirusla bağlı xəstələrin olması ilə bağlı şayiələr yayanlara qarşı tədbirlər görülür. Açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həmin səs yazıları yayan şəxslərlə bağlı araşdırmalar aparılır: "Sözsüz ki, bu məsələ cəmiyyətin həssas nöqtəsi olduğu üçün bütün qurumlar bununla bağlı ciddi tədbirlər görür. Bu məsələ ilə bağlı kimlərinsə şayiə xarakterli məlumat yayması, əhali arasında vahimə yaratması da yolverilməzdir. Bununla əlaqədar lazımi profilaktik tədbirlər həyata keçirilir. Hələlik bu məsələ ilə bağlı saxlanılan yoxdur". Qeyd edək ki, bəzi xəbər saytlarında “Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxsin həbs olunduğu bildirilib. Yayılan xəbərlərdə həmin şəxsin həkim olduğu, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasında saxlanıldığı qeyd olunub.
11:37
“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxs həbs olunub.
Xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Məhkəmə qərar çıxarıb və saxlanılan şəxs həbs edilib. Həbs olunan həkim Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasında saxlanılır./Trend
Sorğu
Yeni dizaynımız necədir?