Hazırda GundemXeber.Az-ın redaksiyasına daxil olan məlumata görə, Masallı Mərkəzi Rayon Xəstəxanası boşaldıldı. Verilən məlumatda bildirilir ki, xəstəxananı koronavirusla bağlı karantinə götürdülər və həkimlər yalnız şəxsi əşyalarını götürüb çıxdılar. Məlumatda vurğulanır ki, xəstəxananın bütün heyəti Masallı rayon Boradigah qəsəbəsinə köçürüldü. Həkimlərin və adi xəstələrin polislər tərəfindən əraziyə girişi yasaqlanıb. Məlumatda o da qeyd olunur ki, həkimlərin və xəstələrin çıxışına şərait yaradılır. Amma girişlə icazə verilmir. Hazırda xəstəxanada karantin vəziyyəti yaradılıb. Səbəb odur ki, İranda təhsil alan tələbələr və İrandan Azərbaycana gələn vətəndaşlarımız həmin xəstəxanada yerləşdirilib karantinə alınırlar. Məlumat üçün bildirək ki, dünən həmin vəziyyət Cəlilabad rayonunda da baş verib. Mövzu diqqətimizdədir. Əlavə məlumat veriləcək. Bizi İzləyin!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?