GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA

Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA

Tarix: 28-02-2020, 12:51 Bölmə :Cəmiyyət Baxış: 828
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA


Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş...

İranda yayılan koronavirusa görə cənub sərhədlərimizdə son vəziyyəti öyrənmək üçün reportaja getmişdik. Geri qayıdarkən, həmin epidemiya qədər zərərli olan rüşvət faktı ilə həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevdən sonra rayondakı prosesləri araşdırmaq qərarına gəldik.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub.

İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.

Öyrəndik ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.

Araşdırma zamanı məlumat aldıq ki, bələdiyyə sədrləri və icra nümayəndələri İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.

İddialar səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə təqdim eləsin.

Amma Neftçalanın İH başçısı ismarışları qulaqardı edib, yerinə kimlərinsə göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini qərarlaşdırıb.

Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə antikorrupsiya əməliyyatı ilə qandallanıb.

İndi Neftçala İH-də “lələ köçüb, yurdu qalıb...” Bildirilir ki, İH-də işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən İ.Vəliyevlə əlaqəsi olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb olduğu üçün elə də iri pullar dövr etmirdi.

Camaat isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can atacaq.

İ.Vəliyevin dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.

Ümumiyyətlə, Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir. Bu illər ərzində İ.Vəliyev əlini ağdan qaraya vurub nə küçələri asfalt etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib.

Sakinlər bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin olması tragikomediyadır: “Su problemi dəhşətdir. Kürün sahilində yaşayan rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu?

Çünki normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsi ilə Neftçalaya yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq".

Əhali işsizlik probleminin də olduğunu söylədilər. Sakinlər deyirlər ki, yeni yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta Yod-brom zavodu da yarımçıq işləyir.

Sakinlər deyirlər ki, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda olmayan məmur özbaşınalığı varıydı. Həm sahibkarları incidirdi, həm vətəndaşların müraciətlərinə baxılmırdı.

İ.Vəliyevi əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona kosmetik olsa belə əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.

Elə ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta eşşək ferması açmışdı. Öyrəndik ki, ferma “gözdən uzaq, könüldən iraq”, Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə yerləşir.

Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub.

Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib.

Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq, icarəyə verib.

Beləliklə, Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.

Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftçalada saxlanılan icra başçısı Bakıya gətirildi – O, hakim qarşısına çıxarılır

    Neftçalada saxlanılan icra başçısı Bakıya ...

    21-02-2020, 12:40

  • 
  • Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” - İDDİALAR

    Tutulan icra başçısının “rəhbərlik etdiyi ...

    20-02-2020, 13:56

  • 
  • DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənir

    DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - ...

    20-02-2020, 13:17

  • 
  • Neftçalada ara qarşıb məssəb itib - Bələdiyyə sədri, maliyyə rəisi icra başçısına qarşı

    Neftçalada ara qarşıb məssəb itib - Bələdiyyə ...

    30-05-2018, 15:30

  • 
  • Xızının icra başçısı təcili Bakıya çağırıldı - İDDİA

    Xızının icra başçısı təcili Bakıya çağırıldı - ...

    21-02-2020, 15:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu