Düşünürük ki, müğənni Afaq Aslanın bəzi media qurumlarında və TV kanallarında açıq-saçıq geyimdə fotosunu paylaşması, nə əxlaqımıza, nə mənəviyyatımıza sığası məsələ deyil. Düşündürücü hal, bu cür geyimdə olan müğənnilərin efirə çıxmalarına şəraitin yaradılmasıdır. Sual oluna bilər ki, televiziyaların rəhbərliyində olanlar hansı əsasla belə bir görkəmdə, belə bir viddə olan müğənnilərin efirə çıxmalarına şərait yaradırlar? Məgər onlar fikirləşmirlər ki, televiziyalar olduqca böyük auditoriyanı əhatə edir və onu da fikirləşmək lazımdır ki, zamanında öz geyimləri, davranışları və oxu tərzi ilə ad-san sahibi olan müğənnilərimiz olub, bu gün də var. Məhz, həmin müğənnilər öz geyimləri, yanaşmaları, ifa tərzləri və s. ilə əksəriyyətə nümunə olublar. Bu belə olduğu halda Afaq Aslan və onun kimilərin yarıçılpaq formada efirə çıxmalarına nə ad vermək olar? Nədən onlar fikirləşmirlər ki, hər müğənninin efir davranışına, efir geyiminə, mahnı ifa etməsi tərzinə hər evdə yaşlı insanlarla bərabər azyaşlılar da baxırlar. Odur ki, bədən üzvülərinin bəzi yerlərini cəmiyyət içində deməyi eyib bilənlər, həmin yerlərini efirlərdə açıq-saçıq şəkildə nümayiş etdirirlər. Vallah-Billah ayıbdır!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?