Təhsil Nazirliyi koronavirus epidemiyasının yayılmasına qarşı preventiv tədbir olaraq 3-9 mart tarixlərində ümumtəhsil məktəblərində müvəqqəti dayandırılmış dərslərin növbəti günlərdə necə kompensasiya ediləcəyini açıqlayıb.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb.
O, bu məsələ ilə bağlı tədris ilinin uzadılmasının nəzərdə tutulmadığını bildirib:
"Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənnlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?