Çex Respublikasının İtaliyadan qayıdan vətəndaşları sabahdan etibarən öz həkimlərini bu barədə xəbərdar etməlidirlər.
Bu barədə ölkənin baş naziri Andrey Babiş jurnalistlərə bildirib.
O, həkimlər tərəfindən həmin şəxslərin iki həftəlik ev karantininə alınmaq qərarının verildiyini, bu qərarı pozanların 3 milyon kron (120 min avro) məbləğində cərimə olunacaqlarını diqqətə çatdırıb.
Hökumət başçısının sözlərinə görə, İtaliyaya məzuniyyət və tətil üçün gedən 16,5 min vətəndaş qarşıdakı istirahət günləri geri qayıdacaqlar.
Qeyd edək ki, Çex Respublikasında koronavirusa yoluxanlar 18 nəfərə çatıb. İlk yoluxma halı ötən bazar günü qeydə alınmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?