Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.
Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir. İnidyədək beş yüzdən çox insan karantina alınıb. Ölkədə 11 nəfər koronovirusa yoluxmuş şəxs qeydə alınıb. Karantinə alınanların əksəriyyəti, koronovirus aşkar edilmiş şəxslərin hamısı İrandan Azərbaycana gələnlərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?