“Azərbaycanda koronavirus şübhəsi təsdiqlənən xəstələrin karantinə alındığı sərhəd ərazilərdəki xüsusi ayrılmış tibb müəssisələrinin, eləcə də analizləri yoxlayan laboratoriyaların işçiləri üçün fərdi qoruyucu vasitələr (PPE) alınacaq”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan, ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir: “İlkin mərhələdə test dəstləri ölkəyə fevral ayında çatdırılıb. İkinci mərhələdəki dəstlər isə hazırda göndərilir”.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 818-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?