Dünyada koronavirusa yoluxanların sayı 130 min nəfəri keçib. Çinin Uhan şəhərində Koronavirusun yayılması, bu virusun ABŞ ordusundan keçməsi ehtimal edilir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan “Tvitter” səhifəsidə yazıb.
Litszyan “Tvitter”də yazıb: “ABŞ-da "sıfır" xəstə nə vaxt meydana çıxdı? Neçə insan yoluxur? Xəstələr hansı xəstəxanalara yerləşdirildilər? Ehtimal ki, epidemiyanı Uhana gətirən ABŞ hərbçiləri olub. Dürüst olun! ABŞ-da yoluxmuş koronavirus haqqındadüzgün məlumatlar verin! ABŞ bizə hər şeyi izah etməlidir!”. Rəsmi nümayəndə Amerika hərbçilərinin koronavirusu Uhana məhz necə gətirmələri haqda dəqiq məlumat söyləməyib. Xatırladaq ki, son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 130 min nəfəri keçir. Ölənlərə rəğmən 68.335 nəfər sağalıb.
Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.
Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 110-dan çox ölkəsində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?