GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AŞPA-nin məruzəçisi: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

AŞPA-nin məruzəçisi: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Tarix: 18-03-2020, 20:31 Bölmə :Cəmiyyət Baxış: 412
AŞPA-nin məruzəçisi: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir hakimiyyətin jurnalist Əfqan Muxtarlını həbsdən azad etməsini alqışlayıb.

"Cənab Muxtarlının sınağının nəhayət bitdiyini və onun ailəsinə qovuşduğunu eşitmək mənim üçün çox xoşdur," Evarsdottir bildirib.

"Assambleya artıq Muxtarlını siyasi məhbus kimi tanıyıb, mən ötən ilin sentyabrında Azərbaycanda səfərdə olarkən ona baş çəkmişdim," məruzəçi qeyd edib.

"Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır," o təklif edib.

"Onlar, xüsusən, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının bütün elementlərini dərhal yerinə yetirməli və Assambleya ilə 2322 saylı qətnamədə (2020) əksini tapmış tövsiyələr üzərində konstruktiv işə başlamalıdırlar," Evarsdottir bildirib.

Öz növbəsində, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir də müstəqil jurnalist Əfqan Muxtarlının həbsdən azad edilməsini dəstəkləyib.

"Çoxdan gözlənilən Azərbaycanlı jurnalist Əfqan Muxtarlının azadlığa buraxılmasını alqışlayıram. Onun işi ilə bağlı dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət etmişdim, ciddi narahatlığımı bildirmişdim və ona qarşı cinayət ittihamlarını ləğv edib onu azad etməyə çağırmışdım," Dezir bildirib.

"Şadam ki, o, Almaniyada həyat yoldaşı Leyla Mustafayevaya və qızına qovuşa biləcək," Dezir qeyd edib.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilib.

2020-ci il martın 17-də Suraxanı rayon Məhkəməsi jurnalistin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. Məhkəmə qərarından sonra Muxtarlı həbsdən azad edilib və dərhal Almaniyaya yola salınıb. Muxtarlı həbs edilən zaman onun ailəsi Tbilisidə yaşayırdı. Muxtarlının həbsindən sonra ailəsi Almaniyadan sığınacaq alıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır

    AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır ...

    27-12-2018, 16:14

  • 
  • AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gələcək

    AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi ...

    4-09-2019, 18:28

  • 
  • AŞPA komitəsi: Azərbaycanda sistemli siyasi məhbus problemi var

    AŞPA komitəsi: Azərbaycanda sistemli siyasi ...

    11-12-2019, 11:38

  • 
  • AŞPA məruzəçilərinin İlqar Məmmədov işinə reaksiyaları

    AŞPA məruzəçilərinin İlqar Məmmədov işinə ...

    8-01-2020, 15:02

  • 
  • Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

    Strasburqda Azərbaycandakı siyasi məhbusların ...

    30-01-2020, 16:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu