Azərbaycan hökuməti martın 14-də koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan edib.
Buna görə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib.
Restoran və kafelərin iş rejimi dəyişdirilib. Belə obyektlər axşam saat 9-dək işləyə bilər. Bu saatdan sonra işləyən klub və barların fəaliyyəti isə tamamilə dayandırılır.
"Tarqovaya" adlandırılan bu ərazidə hazırda restoranlarda həmişə müşahidə olunan müştəri sıxlığı yoxdur.
Hətta restoranı bağlayanlar və məkan önündəki stol və oturacaqları götürənlər də var.
Bu ərazidəki obyektlərin əksəriyyətinin qapısında və ya pəncərəsində Koronavirusla bağlı məsləhətlər var.
Sorğu
Yeni dizaynımız necədir?