Martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib.
Bu dəqiqə aldığımız məlumata görə, Mübariz Mənsimovun səhhəti kəskin dərəcədə ağırlaşıb.
Həkimlər qanqidalandıcı sistem qoşmaq istəsə də, Mənsimov bundan imtina edib.
Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. Tanınmış iş adamı isə bütün suçlamaları rədd edib. O, ədalət bərqərar olana kimi aclıq aksiyasını keçirəcəyini bəyan etmişdi.//moderator.az
Sorğu
Yeni dizaynımız necədir?