Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb.
Gundemxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?