Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
Həmin sual və cavabları təqdim edirik:
- Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi?
- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.
- Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə almalıdırmı?
- “İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.
- Xüsusi karantin rejimi dövründə icazə əsasında küçəyə çıxan şəxslərin əlcək geyinməsi və maska taxması vacibdirmi?
- Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?