GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?

Tarix: 7-04-2020, 19:31 Bölmə :Cəmiyyət Baxış: 401
MTRŞ və KİVDF-də YENİ TƏYİNATLAR: - Media cameəsinin hansı gözləntiləri var?


Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Səfərlinin Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən azad edilməsi, onun yerinə Əhməd İsmayılovun təyinat alması, eyni zamanda, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin İsmət Səttarovla əvəzlənməsi geniş müzakirə olunmaqdadır. Media və sosial şəbəkələrdə aparılan bu müzakirələrdə yeni təyinatların mətbuat və televiziyada keyfiyyət dəyişikliyinə nə dərəcədə təsir göstərəcəyi ətrafında qızğın fikir mübadiləsi aparılır, gözləntilər ifadə olunur.

Mövzu ilə bağlı Yenicag.az-a danışan professor Qulu Məhərrəmli bildirib ki, Vüqar Səfərli ilə Nuşirəvan Məhərrəmlinin media və televiziyanın inkişafına yönəlik hər hansı faydalı fəaliyyətləri olmadı:

“Əslində, dəyişikliklərin olması yaxşı haldır, amma hazırkı dəyişiklikləri gecikmiş hesab edirəm. Təəssüf ki, ölkəmizdə vəzifəyə təyin olunan şəxs ömür boyu o kresloda oturmaq istəyir. Həmin adamın əsas məqsədi vəzifəsinin tələb etdiyi şərtləri ödəmək deyil, kreslosunu qoruyub saxlamaq olur.

Vüqar Səfərli və Nuşirəvan Məhərrəmlinin vəzifədən çıxarılması da belədir. Düzdür, bu məmurlar arasında müəyyən fərqlər var. Nuşirəvan Məhərrəmli hər halda ziyalıdır, müəyyən mənada nüfuzu var. Bir məmur kimi çox qıcıqlandırıcı davranışlara yol verməyib.

Bütün hallarda sözügedən məmurlar faktiki olaraq, media və televiziyanın xeyrinə olmayan şərtlərin reallaşmasında iştirak ediblər. Bu baxımdan, yeni təyin olunan şəxslərə ümidlərimiz var ki, fərqlilik gətirsinlər, media və televiziyanın konseptual inkişafında əsaslı addımlar atsınlar. O qurumları indiki ətalət vəziyyətindən çıxararaq, lazımlı orqana çevirmək çox vacibdir”.

Televiziya mütəxəssisi Zeynal Məmmədli isə məlum dəyişikliklərlə bağlı Yenicag.az-a bildirib ki, bunlar sadəcə, məmur rotasiyasıdır və gözləntiləri doğruldacağı qeyri-müəyyəndir:

“Əsl dəyişiklik sistemin yenilənməsi sayılır və idarəetmədə yeniliyə gətirir. Sözügedən dəyişiklikdə isə heç bir yenilik yoxdur. Sadəcə olaraq, bir şəxs başqası ilə əvəz olunub.

Milli Televiziya və Radio Şurasına yeni təyin olunan İsmət Səttarovun media ilə bağlı müasir tələblərə nə dərəcədə uyğun gəldiyini bilmirəm. Yeni təyinat alan şəxslər barədə geniş məlumatım yoxdur, onları tanımıram”.

Jurnalist Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli isə saytımıza açıqlamasında vurğulayıb ki, haqqında danışılan kadr dəyişiklikləri media sahəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından, məqsədəuyğundur və bu yenilənmə prosesi davam edəcək:

“Nuşirəvan Məhərrəmli və Vüqar Səfərlinin öz vəzifələrində uzunmüddətli fəaliyyətləri olub. Hesab edirəm ki, hər iki şəxs fəaliyyətləri dövründə çalışdıqları sahənin oturuşmasına və müəyyən ənənənin formalaşmasına kifayət qədər töhfə veriblər.

Lakin istənilən halda dövr dəyişir və yeni tələblər ortaya çıxır, media sahəsində də yeniliyə ehtiyac yaranır. Yeni dövrün tələblərinə uyğun kadr əvəzləmələri olmalıdır və mediada da islahatlar prosesi artıq başlayıb.

Yenilənmə cənab prezident İlham Əliyevin siyasətində hər zaman mühüm yer tutub və Azərbaycanın inkişafında dövlət tələblərinə uyğunlaşmalar prioritetlər sırasında öndə gəlir. Bu baxımdan, yeni bilgilərin və dünyagörüşlərinin ortaya qoyulması öz müsbət təsirlərini göstərəcək”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35

  • 
  • Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi - SƏRƏNCAM

    Prezident KİVDF-yə yeni icraçı direktor təyin ...

    4-04-2020, 18:04

  • 
  • Vüqar Səfərli işdən çıxarıldı

    Vüqar Səfərli işdən çıxarıldı ...

    4-04-2020, 17:21

  • 
  • ANS-lə bağlı AÇIQLAMA

    ANS-lə bağlı AÇIQLAMA ...

    31-08-2016, 13:03

  • 
  • Peşəkar teleaparıcı: “Efirə çıxan adam başa düşməlidir ki, çayxanada deyil”

    Peşəkar teleaparıcı: “Efirə çıxan adam başa ...

    6-07-2013, 19:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu