Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğlunun Həcc ziyarəti üçün nəzərdə tutulan məbləğin bu müddətdə ehtiyacı olan şəxslərə yardım edilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb.
Dövlət Komitəsi sədri müraciətə cavabında hər il minlərlə dindarın xarici ölkələrdəki müqəddəs məkanları ziyarət etdiyini diqqətə çatdırıb.
O bildirib ki, bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insan var:
“Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?