İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 837 nəfər artıb və bununla da, yoluxanların ümumi sayı 70 mini ötüb.
Gundemxeber.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.
“Ölkədə koronavirusa yeni yoluxma hallarının sayı 1 837-dir. Xəstələnənlərin ümumi sayı 70 029-a çatıb”, - onun sözlərini “ISNA” agentliyi sitat gətirir.
Cahanpur qeyd edib ki, son 24 saat ərzində 125 pasiyent vəfat edib, qurbanların ümumi sayı 4 357 nəfər təşkil edir.
Bundan başqa, 41 947 nəfər sağalıb. Ümumilikdə ölkədə 251 703 koronavirus testi edilib.
Sorğu
Yeni dizaynımız necədir?