"Ölkədə bütün müalicə metodlarından istifadə olunur. Gələn həftədən etibarən sağalan şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət ediləcək".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, koronavirusdan sağalan şəxslərin qanlarındakı plazmalarında olan anticisimlər virusa qarşı yetərli olsa terapevtik məqsədlə ağır xəstələrə köçürülə bilər.
R.Bayramlı qeyd edib ki, bununla bağlı layihə bu gün Səhiyyə Nazirliyində müzakirə olunacaq.//"Report"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?