Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.
Bildirilib ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub.
“Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.
Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyektiv qərar verilir.
Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.
Müraciətlərin emalı davam edir”, - deyə məlumatda qeyd olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?