Ramazan ayının başlanğıcına bir neçə gün qalmış İslam dünyası koronavirus pandemiyası ilə vaxtsız bir paradoksla üzləşib.
Müqəddər Ramazan ayı birlik, xeyriyyə və dua ayıdır.
Məscidlərin bağlanması, kommendant saatı və namazların qadağan edilməsi 1.8 milyard müsəlmanı heç vaxt üzləşmədiyi bir durumla qarşılaşdırıb.
Müsəlman dünyası üçün pandemiya qarşıdan gələn cümə axşamı günü başlayacaq Ramazan ayı öncəsi ciddi narahatlıqlar yaradıb.
İordaniya hökuməti qonşu ərəb ölkələri ilə birgə fitva elan etməyə hazırlaşır. Fitvaya əsasən rituallara icazə veriləcək. Lakin müsəlman buna fərqli münasibət bildirib.
Ramazan ayında ərəb ölkələri şəhərlərində orucun açılması üçün küçərlədə xurma, urudulmuş meyvələr satılır.
Lakin bu il gecələr kommendant saatının qüvvədə olması, namazların təxirə salınması ilə bir çox insan fənərlər almağa meyilli deyil.
Ramazan mərasimlərinin başlanmasının əvvəl onların zəif keçəcəyi gözlənilir. Lakin koronavirus oruc və sədəqlər kimi mütləq hesab edilən ritualları da çətinləşdirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?