GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rusiyanın Azərbaycanı işğal etməsinin subutunun konstitusion əsasları -VIDEO

Rusiyanın Azərbaycanı işğal etməsinin subutunun konstitusion əsasları -VIDEO

Tarix: 28-04-2020, 11:00 Bölmə :Cəmiyyət Baxış: 846
Rusiyanın Azərbaycanı işğal etməsinin subutunun konstitusion əsasları -VIDEO


Dəyərli dostlar!

1920-ci il aprelin 27-28-də Rusiyanın Azərbaycanı işğal etməsindən 100 il keçir. Bu münasibətlə sosial şəbəkədə çoxsaylı yazılar yayılır. Bəziləri həm də bu işğalın qanunvericilik aktı ilə təsbit edilməsi təklifləri irəli sürürlər. Təəssüflə deməliyəm ki, həmin şəxslər bu təklifləri ilə yaxın keçmişdə ölkəmizdə baş vermiş tarixi hadisələrdən belə xəbərsiz olduqlarını biruzə verirlər. Halbuki, 1991-ci il oktyabrın 18-də Ali Sovet (parlament) mənim təqdimatımda müstəqil Azərbaycanın dövlət quruluşunu, siyasi və iqtisadi quruluşunu, eyni zamanda 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinə qarşı həyata keçirilən təcavüzü və ölkəmizin işğal edilməsini özündə təsbit edən tarixi sənəd -Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir.
Xatırladıram ki, uzun illər ərzində əldə etdiyim təcrübədən faydalanaraq və müzakirələrdə verilmiş təklifləri diqqətlə saf-çürük edərək hazırladığımız mükəmməl, Azərbaycanın dövlət müstəqilliyini təsbit və təmin edə biləcək zəruri müddəa və maddələrlə zəngin Konstitusiya Aktı layihəsini iki gün, oktyabrın 17 və 18-də Ali Sovetin canlı yayımla xalqa göstərilən iclaslarının müzakirəsinə təqdim etmişdim. Konstitusiya Aktının 1-ci maddəsində isə Rusiyanın Azərbaycanı işğal etməsi məsələsi öz əksini tapmışdı. Orada yazılırdı: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.
Gərgin müzakirələr zamanı mənə verilmiş çoxsaylı sualları, səsləndirilən təklifləri cavablandırmış, bəzi təklifləri məqbul, bəzilərini qeyri-məqbul hesab etdiyimi açıq şəkildə bildirmiş, eyni zamanda deputatların iradlarına, xüsusən Rusiyanın Azərbaycanı işğal etməsinə dair 1-ci maddəyə qarşı çıxışlara müvafiq cavablar vermiş, onları layihədə yer alan müddəaların dürüstlüyünə inandıra bilmişdim. Xüsusi olaraq vurğulamalıyam ki, o zaman xalq deputatlarının (cəmi 350 nəfər) mütləq əksəriyyətinin partiya və sovet orqanlarında yüksək vəzfələr tutan şəxslər, bəziləri hətta “KQB”-nin (DTK) əməkdaşları və ya agentləri olduqlarına rəğmən, biz, cəmi 43 nəfərdən ibarət istiqlalçı deputatlar Konstitusiya Aktının layihəsinin tam şəkildə, olduğu kimi qəbul edilməsinə nail olduq. Beləliklə, oktyabrın 18-də Ali Sovetin tribunasından təqdim etdiyim maddələrin hər biri ayrılıqda oxunduqdan (Akt Konstitusiya Qanunu olduğuna görə orada əksini tapmış maddələr bir-bir oxunmalı idi) və müzakirə olunduqdan sonra kiçik düzəlişlərlə səsə qoyuldu. Deputatlar bütün maddələrə yekdilliklə (bir-iki maddəyə, o cümlədən Rusiyanın işğalına dair 1-ci maddəyə cəmi 3-5 nəfər səs verməyib) səs verdilər. Bu iş başa çatdıqdan sonra isə Konstitusiya Aktı bütövlükdə səsə qoyuldu, səsvermədə iştirak edən deputatların hamısı (cəmi 258 nəfər) Konstitusiya Aktının layihəsinə səs verdi ( bunları bu videodan izləyə bilərsiniz https://www.youtube.com/watch?v=TsNEfjxRnm0&t=2718s) və bu Aktın qəbul edilməsindən sonra Azərbaycan müstəqil dövlət olaraq bütün dünyada tanındı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv seçildi.



İstiqlalçı millət vəkili Hacıbaba Əzimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür ...

    18-10-2019, 10:10

  • 
  • 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi ...

    18-10-2018, 11:11

  • 
  • 9 noyabr Dövlət Bayrağı Günüdür

    9 noyabr Dövlət Bayrağı Günüdür ...

    9-11-2019, 10:28

  • 
  • Prezident: "Aprel döyüşləri göstərdi ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz"

    Prezident: "Aprel döyüşləri göstərdi ki, ...

    31-03-2017, 13:59

  • 
  • Azərbaycanda Konstitusiya Günü qeyd olunur

    Azərbaycanda Konstitusiya Günü qeyd olunur ...

    12-11-2017, 17:21


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu