Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?