Bu gün mübarək Ramazan ayının 17-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 11-də imsak vaxtı saat 03:44-dək, iftar vaxtı isə 20:01-dədir.
Günün duası: “İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey izahlara ehtiyacı olmayan Allah! Ey hamının qəlbində olanları bilən, salamın olsun Məhəmməd və onun pak Əhli-beytinə!”
İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?