Son 24 saat ərzində Tacikistanda koronavirusa yoluxanların sayı 211 nəfər artaraq 1118-ə çatıb.
Son sutka ərzində dörd nəfər ölüb və beləliklə, həyatını itirənlərin sayı 33-ə çatıb. Son sutka ərzində 477 nəfər sağalıb, 4 min 297-si isə karantindədir.
Xatırladırıq ki, Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq elan edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?