Mayın 31-dək ölkədə bütün kütləvi tədbir və mərasimlərin keçirilməsi qadağandır.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar 31 may 00:00-dək qüvvədə olacaq.
"Mayın 31-dək dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağandır. Bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılmalıdır. Tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır", - deyə qərarda qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?