GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Əhalinin daha çox şikayətçi olduğu qurumlar hələ ki, əməliyyat dalğasından kənarda qalıb”

“Əhalinin daha çox şikayətçi olduğu qurumlar hələ ki, əməliyyat dalğasından kənarda qalıb”

Tarix: 18-05-2020, 11:00 Bölmə :Cəmiyyət Baxış: 555
“Əhalinin daha çox şikayətçi olduğu qurumlar hələ ki, əməliyyat dalğasından kənarda qalıb”


DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmış Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev istintaq dövründə həbsdə qalacaq. Bu barədə Bakı Hərbi Məhkəməsi qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılacaq. General və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Amma konkret hansı əməllərə görə bu ittihamların verildiyi hələlik məlum deyil.

DTX-nın əməliyyat dalğasının bölgələrdəki icra hakimiyyətlərindən sonra birdən-birə Mədəniyyət Nazirliyinə gəlib çatması nə qədər təəccüblü idisə, DSX-dakı son olaylar da bir o qədər gözlənilməz oldu.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, istənilən dövlət strukturunda belə əməliyyatları gözləmək lazımdır. Onun sözlərinə görə, bütün dövlət strukturlarında korrupsiya var və daxili siyasi proseslərdə lazım olanda bundan istifadə edilə bilər:

“Korrupsiyalaşan təkcə rayon icra hakimiyyətlərinə rəhbərlik edənlər deyil. Korrupsiya, rüşvət ölkənin bütün strukturlarına sirayət edib – bələdiyyələrdən tutmuş, Prezident Administrasiyasına qədər. O cümlədən də də hərbi strukturlara, Dövlət Sərhəd Xidmətinə. Amma bu əməliyyatlarda korrupsiya məsələnin görünən tərəfidir, görünməyən tərəfi də var. Bu da daxili siyasətlə bağlıdır. Situasiya elədir ki, belə əməliyyatlar başqa dövlət strukturlarına da gedib çata bilər.”

Ekspertin sözlərinə görə, əhalinin daha çox şikayətçi olduğu dövlət strukturları hələ ki əməliyyat dalğasından kənarda qalıb. Onun fikrincə, bu da həmin əməliyyatların islahat, yoxsa görüntü olması sualını ortaya çıxarır. Amma İ.İsmayıl hesab edir ki, hakimiyyətin özünə lazım olanda həmin strukturlarda da eyni proses həyata keçiriləcək:

“Daha çox korrupsiyaya uğramış sahələr var. İqtisadi sahədəki qurumlar – gömrük, vergi, yaxud da hüquq-mühafizə orqanları. İnsanların ən çox şikayəti bunlardandır. Nəzərə almaq lazımdır ki, bu hakimiyyət üçün ən vacib, ən müqəddəs olan öz hakimiyyətini qoruyub saxlamaqdır. Əgər hakimiyyətlərinə təhlükə yaransa, o zaman toxunulmaz şəxs qalmayacaq. Bunu zaman-zaman görmüşük. Yeri gələndə çox kəskin addımlar atıblar. Hakimiyyətin, klanın az qala, bir nömrəli sadiq adamları vurulub.”

İstər Mədəniyyət Nazirliyində, istərsə də DSX-dakı əməliyyatların bir ortaq nöqtəsi də oldu. Hər ikisində o strukturun başındakı şəxsə toxulmadı, müavin həbs olundu. Bunu həm mədəniyyət naziri Əbülfəs Qarayevin, həm də DSX sədri Elçin Quliyevin hakimiyyətin ən yuxarı dairələrinə yaxınlığı ilə əlaqələndirənlər var. İ.İsmayıl da eyni fikirdədir. Amma o, zərurət yaranarsa, o yaxın adamların da “qurban verilməsini” istisna etmir:

“Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilənlərin əksəriyyətinin ona yaxınlığı var. Hələ ki baş verənlər müəyyən adamların toxunulmaz olduğunu göstərir. Mədəniyyət nazirinin müavinini həbs elədilər, nazirə toxunulmur, Dövlət Sərhəd Xidmətinin rəis müavini tutulur, özünə dəymirlər. Çovdarov tutulur, Eldar Mahmudov kənarda qalır. Bunun müxtəlif səbəbləri var, onlardan biri də yaxınlıqdır. Amma dediyim kimi, təhlükə hiss etsələr, o halda fərqli davranacaqlar”. //pressklub
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DSX generalı barəsində həbs qətimkan tədbiri seçildi

    DSX generalı barəsində həbs qətimkan tədbiri ...

    16-05-2020, 11:09

  • 
  • Tutulan generala bu maddələrlə cinayət işi açıldı

    Tutulan generala bu maddələrlə cinayət işi açıldı ...

    15-05-2020, 11:42

  • 
  • İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…

    İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK ...

    19-10-2015, 17:36

  • 
  • Elçin Quliyevin DTX tərəfindən saxlanılan müavini KİMDİR?

    Elçin Quliyevin DTX tərəfindən saxlanılan müavini ...

    14-05-2020, 21:33

  • 
  • Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə qalacaq - QƏRAR

    Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə ...

    27-02-2019, 14:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu