Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu qaydası müəyyənləşib.
Bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında məlumat verilib.
Qeyd edilib ki, 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə müəyyənləşdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?