Paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub.
Paytaxt polisi hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.
Qeyd edək ki, artıq bir neçə saatdır paytaxtda güclü külək əsir. Külək bir sıra yerlərdə fəsadlar törədib.
***
Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.
Xəstəxanadan verilən məlumata görə, hazırda şöbədə heç bir xəstə yoxdur.
Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.
Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür/APA.
***
Saat 21:30-a olan məlumata əsasən Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir, Kişçayda (Şəki) yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, şimal-qərb küləyi Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 38 m/s, Bakıda 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahı, Qum adasında 25 m/s, Sumqayıt, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,3 metrə çatıb.
Sorğu
Yeni dizaynımız necədir?